AZ

“İçərişəhər”də maşınların hərəkətini daha bu qurum tənzimləyəcək

“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun xüsusi rejimi haqqında Əsasnaməyə dəyişiklik edilib.BAKU.NEWS xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.Dəyişikliyə görə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə yeni səlahiyyət verilib. Belə ki, qoruq ərazisindən keçən yollarda nəqliyyat vasitələrinin hərəkəti qoruq ərazisində yerləşən abidələrin qorunması üçün təhlükə yaradarsa, İdarə onların hərəkətini məhdudlaşdıra və ya qadağan edə biləcək.Dəyişikliyə qədər isə sözügedən hallarda İdarə Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası qarşısında həmin yollardan istifadəyə məhdudiyyətlərin tətbiqi və ya istifadənin tam dayandırılması barədə məsələ qaldıra bilərdi.

Seçilən
95
32
baku.news

10Mənbələr