AZ

Sərhədi pozmağa cəhd göstərən əfqanlar saxlanılıb

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının hərbi qulluqçuları dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan vətəndaşlarını saxlayıblar.Bu barədə AzVision.az -a DSX-dən məlumat verilib. Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətində sərhədi pozmağa cəhd göstərən Əfqanıstan vətəndaşları Hamrai Naqibullah Bəsir oğlu, Qurbani Zabedullah Bəhrhək oğlu və Osmani Fazil Əhməd oğlu saxlanılıblar.

AzVision.az

Seçilən
72
26
azvision.az

10Mənbələr