OPEK-dən neftlə bağlı vacib qərar
OPEK ölkələri və onların tərəfdaşları neft hasilatının azaldılması müddətini iyunun sonuna qədər uzadıblar.BUTA.TV xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Qeyd edək ki, 2023-cü ilin noyabrında OPEK ölkələri və tərəfdaşları hasilatın gündəlik 2,2 milyon barel azaldılmasını könüllü olaraq birinci rübdə uzatmağa razılaşmışdılar.