AZ

Ukrayna: Rusiyanın "Sergey Kotov" patrul gəmisini vurduq

Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi Rusiyanın Qara Dəniz Donanmasına məxsus “Sergey Kotov” patrul gəmisini vurduqlarını açıqlayıb.

525.az xəbər verir ki, Kəşfiyyat Baş İdarəsindən verilən yazılı açıqlamada, bu gecə “Qrup 13” xüsusi təyinatlısının Rusiya Qara Dəniz Donanmasının “Sergey Kotov” patrul gəmisinə hücum təşkil etdiyi bildirilib.

Açıqlamada hücumun Ukrayna Hərbi Dəniz Qüvvələri və Ukrayna Rəqəmsal Transformasiya Nazirliyinin dəstəyi ilə həyata keçirildiyi bildirilib və Rusiya gəmisinin ön, sağ və sol tərəflərinin zədələndiyi qeyd edilib.

Qeyd edək ki, açıqlamada gəminin Kerç boğazı yaxınlığındakı Ukrayna ərazi sularında vurulduğu bildirilib.

Malik Atilay























Bizi Facebookda izləyin

Seçilən
282
50
525.az

10Mənbələr