AZ

Bakıda daha bir valyuta mübadiləsi məntəqəsinin açılması üçün lisenziya verilib

Azərbaycan Mərkəzi Bankı (AMB) "Bakı Mərkəzi Valyuta" MMC-yə Bakıda daha bir valyuta mübadiləsi məntəqəsi açmaq üçün lisenziya verib.

AMB-yə istinadən məlumata görə, bununla da, şirkətin valyuta mübadiləsi məntəqələrinin sayı 2-yə çatıb.

Yeni məntəqə Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, b81 ünvanında fəaliyyət göstərəcək.

Hazırda “Bakı Mərkəzi Valyuta”dan başqa daha 4 şirkət - “Eliko”, “Delta Capital”, “Zuhur” və "Meta-Kapital" MMC-lər müvafiq lisenziyaya malikdirlər.

Xatırladaq ki, "Bakı Mərkəzi Valyuta" ilk lisenziyanı 2022-ci ildə alıb.

© "Report"

Bakı Mərkəzi Valyutavalyuta mübadilə
Seçilən
257
12
marja.az

10Mənbələr