Azərbaycan Birləşmiş Millətlər Təşkilatının (BMT) 2024-cü il büdcəsi üçün nəzərdə tutulmuş üzvlük haqqını tam ödəyib.
Publika.az xəbər verir ki, Azərbaycan ötən illərdə olduğu kimi, BMT-nin büdcəsini formalaşdıran üzvlük haqqını ödəyən ilk ölkələr sırasında yer alıb.
Bu günə qədər ölkəmizlə yanaşı BMT-yə üzv olan 75 dövlət beynəlxalq təşkilata üzvlük haqqını tam ödəyib.
Qeyd edək ki, BMT-nin büdcəsi təşkilata üzv olan 193 dövlətin ödədiyi üzvlük haqqı hesabına formalaşır. Üzvlük haqqının məbləği bir neçə meyar əsasında müəyyən edilir ki, bunlardan da başlıcası ölkənin ödəmə qabiliyyətidir.