AZ

"Nuland Ağ Evdəki ziddiyyətə görə istefa verib" - Ritter

"ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nulandın istefası onun Ağ Evin dəyişən siyasətinə fərqli baxışlarının nəticəsi idi". Bizimyol.info xəbər verir ki, bu fikri çərşənbə axşamı ABŞ Silahlı Qüvvələrinin keçmiş kəşfiyyatçısı Skot Ritter "YouTube" kanalında Danny Haiphonga müsahibəsində bildirib. “Gəlin bunu açıq söyləyək. İstefa vermək onun könüllü qərarı ola bilməzdi. O, artıq ABŞ Prezidenti Co Bayden və Dövlət Katibi Entoni Blinken tərəfindən həyata keçirilən siyasətlə eyni sırada yer almaq istəmir”, - deyə Ritter qeyd dib. Kəşfiyyatçının fikrincə, Nuland Amerika administrasiyası ilə hansısa güzəştə getməli və ya istefa verməli olduğu bir mövqedə idi, o, prinsipial bir insan olduğu üçün ikincini seçdi. Ekspert hesab edir ki, bundan əlavə, Bayden administrasiyası indi ABŞ-da yaxınlaşan prezident seçkiləri fonunda “reallığı yoxlayır”: “Ağ Evin həqiqətən qalib gəlmək istədiyi seçkilər yaxınlaşır və Ukrayna onlar üçün böyük problemə çevrilib. Beləliklə, Rusiyanın qaçılmaz qələbəsi kimi görünən nəticələrin yumşaldılması üçün nə edilə biləcəyi sualı yaranıb”, - deyə Ritter bildirib. 5 mart 2024-cü ildə ABŞ dövlət katibi Entoni Blinken tez-tez Amerika diplomatiyasının anti-Rusiya kursunun memarlarından biri adlandırılan ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nulandın yaxın həftələrdə vəzifəsini tərk edəcəyini açıqlayıb. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sözlərinə görə, Nuland Baydenin anti-Rusiya kursunun uğursuzluğuna görə istefa vermək qərarına gəlib. Qadir, Bizimyol.info

Seçilən
289
48
bizimyol.info

10Mənbələr