AZ

Qurban Qurbanov: Bizim üçün məsuliyyətli qarşılaşmadır

Çox vacib matçdır və bizə böyük dəstək var. Bakıda futbol ab-havası var. Bizim üçün məsuliyyətli qarşılaşmadır.

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Almaniyanın "Bayer 04" klubuna qarşı keçirəcəkləri UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis bu rəqibə qarşı mübarizə aparmağın xoş olduğunu bildirib: "Belə klublarla oyunlarda böyük təcrübə yığırıq. Görüşə pis hazırlaşmamışıq. İnanıram ki, oyunçular ən yaxşı çıxışlarından birini göstərəcəklər. 90 dəqiqə matçın içində olmaq, düşünmək vacibdir".

Təcrübəli baş məşqçi Azərbaycan və Almaniya futbolu arasındakı fərqdən bəhs edib: "Son vaxtlar fərqi nəzərə almışıq, amma dərindən düşünməmişik. Rəqibə qarşı necə oyun qurmalıyıq? Onu fikirləşirik. Rəqibin üstün olduğunu bilirik, amma böyümək üçün çəkinmədən mübarizə aparmalı və 90 dəqiqə istənilən sürətə dözməliyik. Bunu bacarsaq, ildən-ilə daha yaxşısını edə bilərik".

Qurbanov Türkiyə xalqına ona dəstək olduqları üçün təşəkkür edib: "Daim bu ölkənin futbolunu izləmişik. Diqqət mərkəzində olmaq bizə əlavə güc verir. Həmişə Türkiyə azarkeşlərini görürük. Bizim yanımızda olublar. "Qarabağ"ı dəstəkləyən qardaşlarımız var. Çəkinəcəyimiz bir şey qalmır".

Seçilən
101
4
report.az

10Mənbələr