“ABŞ hakimiyyəti Fələstinin radikal HƏMAS hərəkatının yaraqlılarının hücumu şəraitində İsrailə qarşı ikinci və ya üçüncü cəbhənin açılmasına imkan verməyəcək”.
“Report”un verdiyi məlumata görə, bunu İsraildə səfərdə olan ABŞ-ın dövlət katibi Entoni Blinken Təl-Əvivdə keçirdiyi mətbuat konfransında deyib.
Ona Livanın “Hizbullah” qruplaşmasının şimaldan İsrailə hücumu və ikinci cəbhə açması halında ABŞ-ın zərurət yaranarsa, bölgədə hərbi imkanlarını yerləşdirib-yerləşdirməyəcəyi soruşulub. Dövlət katibi suala cavabında deyib:
“İkinci cəbhəyə gəlincə, artıq dediyim kimi, biz və İsrail qəti şəkildə əminik ki, nə ikinci, nə də üçüncü cəbhə olmayacaq. Bunun belə olmasını təmin etmək üçün biz regiondakı digər tərəfdaşlarla işləyirik”.