AZ

Zelenski Zalujnının Britaniyada səfir təyin edilməsinə razılıq verdi

Ukrayna prezidenti Vladimir Zelenski Silahlı Qüvvələrin keçmiş baş komandanı Valeri Zalujnının Ukraynanın Böyük Britaniyadakı səfiri vəzifəsinə namizədliyi ilə bağlı razılığa gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Cümə axşamı, 7 mart 2024-cü ildə Ukrayna Prezidenti Valeri Zalujnının Ukraynanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə namizədliyini razılaşdırıb.Ukrayna Xarici İşlər Nazirliyi Britaniya tərəfinə aqreman (tərcümeyi-hal) göndərib”, - diplomatik departamentin bəyanatında deyilir


Müəllif: Teleqraf.com
Seçilən
123
6
teleqraf.com

10Mənbələr