Bakı. Trend:
Türkiyənin Muğla əyalətinin Marmaris şəhərində 4,4 bal gücündəzəlzələ baş verib.
Trend xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Hallarınİdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanların ocağı 36 kilometr dərinlikdə yerləşib.
Dağıntı və insan itkisi barədə məlumat verilmir.