AZ

"Bayer 04"ün futbolçusu: "Qarabağ" qələbə qazana da bilərdi

\"Qarabağ\" matça çox yaxşı hazırlaşmışdı. Hətta qələbə qazana da bilərdilər.

\"Report\" xəbər verir ki, bunu UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçirilən \"Qarabağ\" - \"Bayer\" matçından sonra qonaqların üzvü Florian Virtz almaniyalı jurnalistlərə açıqlamasında bildirib.

Almaniya millisinin üzvü Ağdam təmsilçisinin çox inamlı oynadığını vurğulayıb: \"Qarabağ\" ilk hissədə möhtəşəm oyun sərgilədi. Layiq olduqları 2 qolu vurdular. İkinci hissədə şanslarımızdan istifadə etdik. Son dəqiqələrdə qələbə qolunu da vura bilərdik\".

Qeyd edək ki, \"Qarabağ\" Avropa Liqasının pley-off mərhələsində Almaniyanın \"Bayer 04\" klubu ilə heç-heçə (2:2) edib. Komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.

Seçilən
169
16
azxeber.com

10Mənbələr