AZ

Bütün metro stansiyaları “bomba”ya görə yoxlanılıb

...Onlar gözlənilən terror aktı ilə bağlı xəbərlərdən sonra yoxlama üçün Sankt-Peterburq metrosuna gəliblər.
SİA “78.ru” portalının məlumatına istinadən xəbər verir ki, Sankt-Peterburq polisinəmetronun minalanması ilə bağlı təhdidlər daxil olub.

Və nəticədə polis 71 məntəqəni yoxlamalı olub.

Qeyd edək ki, yoxlamanıhakimiyyət orqanlarının 54 əməkdaşı həyata keçirib. Evakuasiya yox idi. Heç bir partlayıcı qurğu tapılmayıb.

Media aydınlaşdırır ki, “bomba”nı əməliyyatçılara zəng edən şəxs xəbər verib. O, artıq saxlanılıb.

Onun 58 yaşlı yerli sakin olduğu üzə çıxıb və o, terror aktı haqqında yalan məlumat verdiyinə görə artıq dörd dəfə mühakimə olunub.

Həmin şəxs istintaq təcridxanasına göndərilib.

Nazlı

Seçilən
292
34
sia.az

10Mənbələr