AZ

FHN: Bakıda əşyalarını eyvandan küçəyə atan qadın aidiyyəti qurumların əməkdaşlarına təhvil verilib

FHN:

Bakı, 11 mart, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə bir nəfərin Bakı şəhərinin Nərimanov rayonu, Azadlıq prospekti, 116 ünvanında yerləşən doqquzmərtəbəli binanın eyvanından ətrafa əşyalar atması barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib.

Xilasedicilər tərəfindən əməliyyat şəraitinə uyğun olaraq binanın ətrafında təhlükəsizlik tədbirləri görüldükdən sonra, müvafiq vasitələrin köməyi ilə mənzilin qapısı açılıb və ev əşyalarını ətrafa ataraq təhlükə yaradan vətəndaş, 1983-cü il təvəllüdlü Bədirova Nazilə Tahir qızı hadisə yerində olan aidiyyəti qurumların əməkdaşlarına təhvil verilib.

 

Seçilən
82
16
azertag.az

10Mənbələr