İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yenidən Azərbaycanı və başqa bir neçə qonşu ölkəni təhdid edib.
Bu barədə SEPAH-ın sosial media hesabında paylaşım edilib.
Paylaşılan videoda yeni balistik raketlər nümayiş etdirilib, Azərbaycan Respublikası, İraqın şimalı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) əraziləri qırmızı rəngdə, hədəf kimi göstərilib:
“Hər şey hədəfimizdədir, ən kiçik bir səhvə yol verdiyiniz təqdirdə məhv ediləcəksiniz”, - paylaşımda yazılıb.
Qeyd edək ki, HƏMAS-ın İsrailə qarşı hücumundan sonra İran rəsmiləri İsraillə münasibətləri olan bölgə ölkələrini dəfələrlə təhdid edib.
Timur
visiontv.az