AZ

Putinin mənzili başqa şəxsin adına keçirilib

Putinin

Rusiya Federal Dövlət Qeydiyyatı Xidməti (RFDQX) prezident Vladimir Putinə məxsus olan, mütəmadi olaraq gəlir hesabatlarında göstərdiyi Sankt-Peterburq şəhərindəki mənzili haqqında məlumatları gizlədib.

Reyting.az
xəbər verir ki, bu fakt “Xronika” araşdırma layihəsinin də diqqətini çəkib.

Söhbət şəhərin Vilenski zolağında, bina 17/5-də, Vladimir Putinin valideynlərinin 1994-cü ilə qədər qeydiyyatda olduqları, təxminən 77 kvadratmetr sahəsi olduğu qeyd edilən mənzilindən gedir.

Məlumata görə, valideynləri vəfat etdikdən sonra həmin mənzil, təxminən 1990-cı illərin sonunda qanuni miras yolu ilə Vladimir Putinin mülkiyyətinə keçib. Rusiya prezidenti 2004-cü ildən öz gəlir bəyannaməsində Sankt-Peterburqda belə bir mənzilinin olduğunu göstərib.

Jurnalist araşdırmaları zamanı məlum olub ki, RFDQX (Rosreestr) dəfələrlə belə məsələlərlə bağlı qanunsuz qərarlar qəbul edib. Rəsmi dövlət qurumu olan Federal Dövlət Qeydiyyatı Xidməti yüksək rütbəli məmurların, eləcə də hərbçilərin, iş adamlarının, onların ailə üzvlərinin, Rusiyanın elitar təbəqəsinə aid edilən digər nüfuzlu şəxslərin, varlı ailələrin daşınmaz əmlakına dair məlumatları bu və ya digər şəkildə dəfələrlə saxtakarlıq yolu ilə ictimaiyyətdən gizlədib.

Bu faktla bağlı 2019-cu ildən araşdırmalara başlayan və məsələyə aydınlıq gətirməyə çalışan "Sobesednik" nəşri hələ o dövrdə belə bir iddia ilə çıxış etmişdi ki, "Rosreestr" xidməti Sankt-Peterburqda, bir vaxtlar Rusiya prezidenti Vladimir Putinin ailəsinə məxsus olan mənzilin məlumat bazası dəyişdirib.

Araşdırmalara görə, sözügedən bu idarənin mənsubları bilərəkdən mənzil sənədlərində Putinin adını dəyişiblər və guya ev sahibi olan şəxs Rusiya prezidenti Vladimir Putin yox, ad-soyadı İqor Sergeyev-Qradski olan bir rusiyalıdır.

Prezident seçkiləri öncəsi Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasına təqdim edilən sonuncu hesabatda Putinin Sankt-Peterburqda 77 kvadratmetrlik mənzilinin olduğu qeyd edilib.

Evin tikinti planına əsasən Putinə məxsus olan mənzilin sahəsi 76,4 kvadratmetrdir. Həm də “EGRP365” kimi tanınan və daşınmaz əmlakın yoxlanılması xidməti ilə məşğul olan qurum sözügedən bu mənzilin ümumi ərazisinin dəqiq olaraq daha böyük sahəyə, 77,7 kvadratmetrə malik olduğunu bildirib.

"Xronika"-nın araşdırmaçıları qeyd ediblər ki, "Rosreestr" binadakı başqa yaşayış mənzillərindən və otaqlarından fərqli olaraq V. Putinin mənzili barədə məlumat vermir.

Qəribəsi budur ki, ümumi çıxarışda Putinə məxsus mənzil mərtəbə diaqramındadır. Bu dəfə də Rusiya Federal Dövlət Qeydiyyatı Xidməti jurnalistləri cavabsız qoyub.

Oqtay QORÇU
Seçilən
187
43
reyting.az

10Mənbələr