Bunu Demokrat.az-a açıqlamasında sosioloq Lalə Mehralı deyib.
Onun sözlərinə görə, qohum evliliyinin çox olması genetik xəstəliklərin geniş yayılmasının əsas səbəbidir:
“Bu xəstəliklər arasında beta talassemiya, metabolik xəstəliklər, əzələ distrofiyaları, aralıq qızdırması daha çox yayılıb. Çünki ölkəmizdə bağlanan hər 100 nikahdan 20-si qohum nikahıdır. Qohum nikahlarını çoxdan qadağan etmək lazım idi, hələ də qadağan deyil. Bir çox ölkələrdə bu cür nikahlar qadağandır. Məsələn, ABŞ-nin bir çox ştatında, Tacikistanda, Qazaxıstanda, Hollandiyada qohum evliliyi qadağandır. Bu, nəsillərin təmizlənməsi, xəstəliklərin durulması, xüsusilə, irsi xəstəliklərin nəsildən nəsilə ötürülməsinin qarşısının alınması üçün vacib addımdır. Problemin həlli yalnız məcburi qaydada mümkündür. Qadağa tətbiq edilməsə, bizim ölkədə də vəziyyət kritik olacaq”.
Ekspertin fikrincə, insanlar ilk növbədə bu mövzuda maariflənməlidirlər:
“İnsanlar öz əmisi oğlu, bibisi qızı, dayısı oğlu, xalası qızı ilə evlənməyin gələcək uşaqları üçün zərərli ola biləcəyini başa düşməzdən əvvəl genetikanın nə olduğunu, ailələrdə xəstəliklərin necə baş verdiyini bilməlidirlər. Əgər başa düşsələr, özləri bunun nə qədər təhlükəli olduğunu görüb belə bir evliliyə qol qoymazlar. Amma nə qədər başa düşən var, bu, mübahisəlidir”.
Qeyd edək ki, martın 12-də qohum nikahları ilə bağlı keçirilən ictimai müzakirədə Azərbaycanda ikinci və üçüncü dərəcəli qohumluğu olan şəxslərin nikahının qadağan edilməsi üçün qanunvericilikdə dəyişiklik edilməsi müzakirə olunub.
Törə Zeynallı
Demokrat.az
10Mənbələr
-
nocomment.azBayramqabağı qiymətlər artacaq? – AÇIQLAMA ( 4734677)
-
qaynarinfo.azBayramqabağı qiymətlər artacaq? (AÇIQLAMA) ( 4731023)
-
olke.azAzərbaycanda qiymətlər niyə enmir? - AÇIQLAMA ( 4684421)
-
sherg.azKənd yumurtası bahalaşacaq? -AÇIQLAMA ( 4681583)
-
tribunainfo.azQohum evliliyi qanunla qadağan edilə bilər? – Hüquqşünas ( 4672457)
-
olke.azQohum evliliklərini qadağan etmək olmaz, çünki... - Professor ( 4667234)
-
musavat.com"Düşüncəmiz dəyişməsə, qohum evliliklərilə bağlı inzibati qadağaların faydası olmayacaq" ( 4659620)
-
oxu.azSənət adamlarının qohum evliliklərinə münasibəti: “Sevgi insan həyatında bir müddətlik olur” - SORĞU + FOTO ( 4657820)
-
demokrat.az“Problemin həlli yalnız məcburi qaydada mümkündür” — Sosioloq qohum evliliyindən DANIŞDI ( 4654049)
-
olke.azYaxın vaxtlarda hansı məhsulların qiyməti artacaq? - AÇIQLAMA ( 4648799)