AZ

“Vampir topu sona çatır”: Putin Qərb elitalarına xəbərdarlıq etdi

...Qərb elitaları beynəlxalq məsələlərdə mövcud olan “ədalətsiz vəziyyəti” dondurmaq istəyirlər, onlar başa düşməlidirlər ki, “vampir topu bitmək üzrədir”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin jurnalist Dmitri Kiselevə müsahibəsində deyib.

...Qərb elitası əsrlər boyu qarınlarını insan əti ilə, ciblərini isə pulla doldurmağa adət ediblər. Lakin onlar başa düşməlidirlər ki, vampir topu sona çatır.

Bunu deyən Putin əlavə edib ki, “qızıl milyard” 500 il ərzində “başqa xalqlarda parazit olub”, “Afrikanın bədbəxt xalqlarını parçalayıb”, Latın Amerikası və Asiya ölkələrini istismar edib.

İndi zərər çəkmiş xalqlar Rusiya Federasiyasınınhəqiqi suverenlik uğrunda mübarizəsini öz suverenlikləri və müstəqil inkişaflarına olan istəkləri ilə əlaqələndirirlər.

Qeyd edək ki, bundan əvvəl Putin eyni müsahibəsində Rusiya Federasiyasının texniki cəhətdən nüvə müharibəsinə hazır olduğunu bildirmişdi.

Nazlı

Seçilən
375
50
sia.az

10Mənbələr