AZ

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür! – Həkim xəbərdarlıq etdi

Bir çoxumuz xəstələnəndə bitki mənşəli üsullara müraciət edirik. Lakin bu üsullar diqqətsiz istifadə edildikdə böyrəklərə zərər verə bilər.

Publika.az xəbər verir ki, nefrologiya uzmanı Prof. Dr. Mehmet Şükrü Sever bitki mənşəli üsullarla bağlı xəbərdarlıq edib.

O, dünya əhalisinin 75 faizinin bitki mənşəli məhsullardan dərman kimi istifadə etdiyini bildirib.

“Bitkilərdən hazırlanan dərman başqa, dərman üçün bitkilərdən istifadə etmək isə tamam başqadır. Tərkibi naməlum olan bitki qarışımları həyati təhlükəli nəticələrə səbəb ola bilər”.

Professor bildirib ki, ağrıkəsici kimi istifadə edilən çinar yarpaqlarından, söyüd ağacının yarpaqlarından və ya qabığından hazırlanan çaylardan çox istifadə olunur. O, bu səbəblə kəskin böyrək çatışmazlığından xəstəxanaya yerləşdirilən xəstələrin olduğunu diqqətə çatdırıb.

Severin fikrincə, bitki mənşəli məhsulların dərmanlarla qarşılıqlı əlaqəsi daha riskli ola bilər. Üstəlik, tərkibi bilinməyən təsadüfi otları, qabıqları qaynadıb xəstəliyin müalicəsində istifadə etmək özü də bir çox təhlükələrə səbəb olur.

Seçilən
278
3
publika.az

2Mənbələr