Bakı. Trend:
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyatakeçirilən profilaktik tədbirlər zamanı Biləcəri və Xocəsənqəsəbələri ərazilərindən 2 Kalaşnikov avtomatı, 59 patron və 2patron darağı aşkar olunaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilənməlumata görə, idarə əməkdaşları tərəfindən fevralın əvvəlindən bugünə qədər keçirilən əməliyyatlar zamanı Binəqədi rayonu ərazisindənarkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən ümumilikdə51 nəfər saxlanılıb.
Onlardan 7 kiloqram müxtəlif növ narkotik vasitə və psixotropmaddə aşkar edilib. Həmin dövrdə vətəndaşlarla aparılan profilaktiksöhbətlər zamanı 13 odlu silah və 3600 patron polis əməkdaşlarınakönüllü təhvil verilib.