AZ

Türkiyədə hərbi təyyarə qəzaya uğrayıb: ölən var - VİDEO

Türkiyənin “Star F-5” təyyarəsinin Konyada qəzaya uğraması nəticəsində bir nəfər həlak olub. 

Ölkə.Az NTV telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Konya valisi məlumat verib.

Təlim uçuşu həyata keçirən F-5 təyyarəsi eniş edərkən qəzaya uğrayıb. Qəzaya uğrayan təyyarənin Türk Ulduzları Parkına düşdüyü bildirilir. 

Katapult edən pilot xəstəxanaya aparılıb. 

Qəza yerinə çoxlu sayda polis, yanğınsöndürən və hərbçilər göndərilib.

Mürtəza
Ölkə.Az

Seçilən
206
16
olke.az

10Mənbələr