Dünya öz-özünü dağıdan bir sistemdir.Olaylar.az xəbər verir ki, bunu Nobel Sülh Mükafatı Laueratı (2006) Muhammad Yunus XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclasında çıxışı zamanı deyib."Bizim onu bərpa etməyimiz süni nəfəs effekti olar. Parçalanan cismi bərpa etmək düzgün deyil. Sosial problemlərin həllinə yönəlməliyik. Qarşımızda duran əsas məsələlərdən biri də budur. Dağılan, parçalananı yenidən bərpa yox, yenidən qurmalıyıq",- deyə o bildirib.Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir. Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də, keçmiş və hazırı dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta