AZ

Bayram ərəfəsində PROBLEM: Qatarlara bilet tapılmır - VİDEO

Novruz bayramı ərəfəsində qatar vasitəsilə rayonlara getmək istəyən vətəndaşlar bilet tapa bilmirlər.

Bizim.Media xezerxeber.az-a istinadən xəbər verir ki, hazırda qatarla sərnişindaşımada biletlə bağlı sıxıntı yaşanır.

Bakı Dəmir Yolu Vağzalına üz tutan vətəndaşlar bilet almaqda çətinlik çəkdiklərini bildiriblər. Onlar deyiblər ki, bir necə gündür, onlayn qaydada müraciət etsələr də, bilet ala bilməyiblər.

Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhimdar Cəmiyyətinin sözçüsü Sənubər Nəzərəova bildirib ki, hazırda artan sərnişin tələbatının qarşılanması məqsədilə işlərə başlanılıb. O bildirib ki, tələbata görə qatar reyslərin sayının artırılması nəzərdə  tutulur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
 

Bizim.Media
 
Seçilən
193
39
bizim.media

10Mənbələr