Bakı. Trend:
Azərbaycan Respublikasının Efiopiya Federativ DemokratikRespublikasında fövqəladə və səlahiyyətli səfiri Ruslan Nəsibovetimadnaməsini Efiopiya Prezidenti xanım Sahle-Vork Zevdeyə təqdimedib.
Trend-inməlumatına görə, bu barədə səfirlikdən məlumat verilib.
Bildirilib ki, təqdimatdan sonra baş tutan söhbət zamanıdövlətimizin başçısının səmimi salamları xanım Sahle-Vork Zevdeyeçatdırılıb və Efiopiya Prezidenti də öz səmimi salamlarınınPrezident İlham Əliyevə çatdırılmasını xahiş edib.
Söhbət əsnasında iki ölkə arasında ənənəvi dostluq əlaqələrinintarixi əhəmiyyəti, hər iki ölkədə müxtəlif etnik qruplara, dinə vəadət-ənənəyə malik xalqların sülh və əmin-amanlıq şəraitindəyaşadığı və bu amilin ölkələrimizi daha da zənginləşdirdiyi,gücləndirdiyi qeyd olunaraq, ikitərəfli və çoxtərəfli müstəvidəhəyata keçirilən əməkdaşlığın bundan sonra da uğurla davametdirilməsinin əhəmiyyəti vurğulanıb. Eyni zamanda, iqtisadi,siyasi, investisiyaların cəlb edilməsi, humanitar, vətəndaşlaraxidmət və turizm kimi sahələrdə əlaqələrin perspektivləri ətrafındafikir mübadiləsi aparılıb.
Azərbaycan səfirinə uğurlar arzulayan Efiopiya Prezidenti ikiölkə arasında qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsiüzrə həyata keçiriləcək fəaliyyətdə köməkliyin göstərilməsinə hazırolduğunu bildirib.