“Seçkilər zamanı Asiya Universitetində görüşdə bəlli oldu ki, qlobal coğrafiyanı öyrədən təhsil müəssisəsi bağlanıb. 8 fakültəsi, 270 tələbəsi olan Universitetə gənclər nədən gəlməyib? Bəlkə təbliğatı düzgün qurmamışıq”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında hökumətin hesabatının müzakirəsi zamanı deputat Zahid Oruc deyib. O, bildirib ki, Asiya qitəsində 4.4 milyard əhali yaşayır, Çin və Yaponiya ÜDM-nə görə 192 ölkə içərisində ilk onluqdadır: “Böyük qitə ilə işləyən mütəxisslər çox olsa, iqtisadiyyat şaxələnər, ixracın coğrafiyası genişlənər. Ölkəmizdə Qərb universiteti var, Avropa Birliyi ticarətimizdə 36 faizlik paya malikdir. Lakin sərt iqtisadi standartları olmayan Əfqanıstandan İraka və Çinə qədər milyard manatlıq mal sata bilərik - İraqa 2012-ci ildə 418 milyon dollarlıq ticarət dövriyyəsi, indi 29 milyon dollara, Əfqanıstana isə 2014-də 275 milyondan 37 milyon dollara düşüb. Asiya universitetini bərpa etmək, minlərlə kadr hazırlığına başlamaq gərəkdir. Biz təhsili və texnologiyanı Qərbdə, ticarəti Şərqdə apara bilərik”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta