Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
Xezerxeber.az əbər verir ki, gün ərzində toz hissəsiciklərini havada aydın şəkildə görmək olub.
Tozlu hava yollarda görmə məsafəsinin də məhdudlaşmasına da səbəb olub.
Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, mövcud hava transsərhəd xarakter daşıyır.
Xatırladaq ki, tozlu hava şəraiti sonuncu dəfə paytaxt ərazisində fevrlın 19-u müşahidə edilmişdi.
İnsanlar günəşli bahar havası gözləsələr də sabahdan etibarən Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Bölgələrdə də eyni hava şəraiti hökm sürəcək. Bəzi rayonlarda hətta qar yağacağı gözlənilir.
Havanın temperaturu isə gecə 3-8, gündüz 11-16° isti olacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.