AZ

Kim Çen In qızı ilə cəbhədə - Foto

ABŞ və Cənubi Koreyanın birgə hərbi məşqlərinə cavab olaraq, az qala hər gün cəbhəyə gələn Şimali Koreya lideri Kim Çen In qatıldığı təlimdə qızı ilə düşmən ölkə Cənubi Koreyanın mövqelərini izləyib.

Teleqraf.com xəbər verir ki, Cənubi Koreyaya müdaxilə əməliyyatının simulyasiya edildiyi sərhəddəki təlim çərçivəsində Kim ordu rəsmiləri ilə də görüşüb.

Şimali Koreya lideri son iki həftədə qatıldığı 4-cü hərbi təlimdə varisi kimi görünən və yanından ayırmadığı qızı Kim Ju-e ilə əsgərlərlə foto çəkdirib.

Dövlət xəbər agentliyi KCNA Kimin qızının durbinlə düşmən mövqelərinə baxdığı fotolarını yayımlayıb.

Son zamanlar ardıcıl raket sınaqları keçirən və nüvə silahı istehsalını sürətləndirən Şimali Koreya yeni silahlarla ABŞ və Cənubi Koreyaya meydan oxuyur.

“Müharibəyə hazır olun” mesajı verən Şimali Koreya lideri bir neçə gün əvvəl yeni nəsil tank sürüb.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
181
50
teleqraf.com

10Mənbələr