AZ

Doğuş zamanı və hamiləlikdə ölüm halları rayonlarda daha çoxdur VİDEO

Doğuş zamanı və hamiləlikdə ölüm halları rayonlarda daha çoxdur VİDEO

Hamiləlik, doğuş və zahılıq dövründə qadınların ölümü paytaxt Bakıya nisbətən regionlarda daha çox baş verir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə hamiləlik, doğuş və zahılıq dövründə ölən analar 18 nəfər ölüb. Hadisələrin 6-sı şəhər, 12-si isə kənd yerlərində baş verib.

Xezerxeber.az-ın məlumatına görə, mövzu ilə bağlı danışan TƏBİB-in Tibbi xidmətlərin təşkili departamentinin ana və uşaq sağlamlığı şöbəsinin müdiri Sevinc Məmmədova deyir ki, ana ölümləri təkcə doğuş zamanı meydana çıxan hansısa problemdən, yaxud həkim səhvindən baş vermir. Elə qadınlar var ki, onlarda onkoloji xəstəlik və ya şiş olur. Hamiləlik də bu xəsətliklərin gedişatını kəskinləşdirir. Bu xəstəliklərdən agah olmadan, yaxud bilə-bilə hamiləlik əmələ gəldikdə ana ölümləri baş verir.

Statistik məlumatlara görə, 1 yaşadək ölən uşaqların sayında da artım var. 2021-ci ildə belə uşaqlaırn sayı 840 nəfər idisə, 2022-ci ildə 959 nəfərə çatıb.

Mütəxəssis vurğulayıb ki, hər bir sağlam qadın klinik protokollara uyğun olaraq hamiləlik boyunca ən azı 7 dəfə həkim müayinəsində olmalıdır.

Seçilən
321
47
sonxeber.az

10Mənbələr