AZ

Dnestryanıda hərbi vertolyota dronla zərbə endirildi - YENİLƏNİB/VİDEO 

Moldovada Rusiya yönümlü separatçı Dnestryanı bölgənin “Müdafiə Nazirliyi”nin ərazisinə zərbə endirilib.

Bizim.Media xəbər verir ki, bununla bağlı “Telegram” kanallarında videogörüntü paylaşılıb.

Videogörüntüdə “Müdafiə Nazirliyi”nin ərazisindəki “Mi-8” hərbi vertolyotuna kamikadze-dronla zərbə endirildiyi məlum olur.

*** 18:52

Moldovada Rusiya yönümlü separatçı Dnestryanı bölgədə hərbi hissəyə kamikadze-dronla zərbə endirilib.

Bizim.Media xəbər  bu barədə informasiyanı "Birinci Dnestryanı" telekanalı yayıb.

Tiraspoldakı hərbi hissədə partlayış və yanğın baş verib. Tələfatın olmadığı bildirilir.
 


Bizim.Media

Seçilən
227
22
bizim.media

10Mənbələr