Şagirdlər repetitor yanına gedəcəksə məktəb nəyə lazımdır? - VİDEO
Yalnız orta məktəbdə aldıqları bilik ilə orta məktəbə qəbul olan şagirdlər yox dərəcəsindədir. Günümüzdə şagirdlərin repetitor yanına hazırlığa getmələri adi hal alıb.
Sonxeber.az xəbər verir ki, "Xəzər Xəbər" sakinlər arasında sorğu keçirib. Onların sözlərinə görə, şagirdlərin repetitor yanına getməsi adət halına çevrilib. Eyni zamanda sakinlərin sözlərinə görə, 9-cu sinifdən sonra artıq məktəblərdə uşaqlara dərs keçilmir. Bu baxımdan şagirdlərin ali məktəblərə repetitor olmadan qəbul olmaqlarını mümkünsüz hesab edirlər.
Ekspertlər isə valideynlərin dediklərini təsdiqləyirlər. Onların fikrincə məktəblərdə keçilən dərslərdən əlavə sualların salınması şagirdləri hazırlıqlara sövq edir.
"Bugünkü imtahan modeli indi ən ağır modeldir. Biz ali məktəblərə mütəxəssis qəbul edərkən hesab edirik ki, onlar qəbul olanda kifayət qədər bilikli olmalıdır. Orta məktəb bazasında minimum biliklər çatdırılır. Hal hazırda olan imtahan modeli çətindir. Eyni zamanda mütləq şəkildə sadələşdirilməsinə ehtiyac var".
Ətraflı "Xəzər Xəbər"in süjetində: