AZ

“Beşiktaş” Qurban Qurbanovla maraqlanır

“Beşiktaş” “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla maraqlanır.

İdmanxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin idman direktoru Samet Aybaba 52 yaşlı mütəxəssisi komandanın başında görmək istəyir.

Klub rəsmisi eyni zamanda “Qarabağ”ın iki futbolçusu Juninyo və Abdullah Zubirin də çıxışını bəyənib.

“Beşiktaş” Türkiyə Superliqasında 30 turdan sonra 46 xalla dördüncü pillədə qərarlaşıb.

Seçilən
44
1
idmanxeber.az

10Mənbələr