Qətərin rəsmi agentliyi QNA-nın xəbərinə görə, Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Tani ölkəsinə səfər edən BƏƏ xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan ilə paytaxt Dohada görüşüb.
Görüşdə humanitar yardımın Qəzza zolağına maneəsiz daxil olmasının sürətləndirilməsinin vacibliyi vurğulanıb.
BƏƏ-nin rəsmi agentliyi olan "WAM"-ın xəbərinə görə, tərəflər BƏƏ ilə Qətər arasında ikitərəfli əlaqələri və Yaxın Şərq regionunda baş verən hadisələri, xüsusilə Qəzza zolağındakı vəziyyəti müzakirə ediblər.
Görüş zamanı BƏƏ Xarici İşlər Naziri Əl Nəhyan atəşkəs, bütün mülki şəxslərin həyatını qorumaq və Fələstin xalqına qarşı humanitar müdaxilənin gücləndirilməsinin təcili prioritet olduğuna diqqət çəkib və göstərilən səyləri taclandırmaq üçün bütün səylərin birləşdirilməli olduğunu vurğulayıb.
Mövsüm