Türk şirkətləri Avropanın ən böyük NATO hərbi bazasının Rumıniyada inşasında iştirak edəcək. Tərəflər bu mövzuda danışıqlar aparır.
Publika.az xəbər verir ki, bu barədə “Aydınlık” qəzeti məlumat yayıb.
“NATO Rumıniyada Avropanın ən böyük hərbi bazasının tikintisinə başlayıb. Tikintidə türk şirkətlərinin də iştirak edəcəyi gözlənilir”, - nəşr yazır.
Türkiyəli iş adamları son vaxtlar Rumıniyaya tez-tez səfər edirlər.
Nəşrin məlumatına görə, Ankara yeni bazanın tikintisi üçün Rumıniyaya dəmir, polad, mis və sement tədarük edəcək.