AZ

Qurban Qurbanovun rekordu TƏHLÜKƏDƏ

2024-cü ildəki ilk oyununa martın 22-də çıxacaq Azərbaycan millisinin heyətindəki futbolçuların yığma göstəriciləri müəyyənləşib.

Gundem.az xəbər verir ki, millinin müvəqqəti baş məşqçisi Arif Əsədovun əsas siyahısında 24, ehtiyat oyunçular sırasında 4 futbolçu yer alıb.





Millinin ən təcrübəli üzvü Bədavi Hüseynovdur. O, 68-ci matçına çıxa bilər. Ramil Şeydayev isə yubiley – 60-cı oyun astanasındadır.

Beş futbolçu isə debüt anını gözləyir. Rza Cəfərov, Emil Mustafayev, həmçinin ehtiyat siyahıda yer alan Rövlan Muradov, Orxan Əliyev və Abdullazadə hələ yığmada şans qazanmayıb.

Hazırkı heyətin bombardiri Emin Mahmudovdur. Onun hesabında 13 qol var.

Yarımmüdafiəçi 1 qol vursa, milli tarixinin ən yaxşı bombardiri adına şərik çıxacaq. O, Qurban Qurbanovun rekorduna çatmaq imkanına malikdir.

Qeyd edək ki, millimiz martın 22-də Monqolustanla qarşılaşacaq.





futbolçular


oyun


qol




Bədavi Hüseynov


67


1




Ramil Şeydayev


59


10




Emin Mahmudov


45


13




Renat Dadaşov


28


3




Bəhlul Mustafazadə


27


0




Şahrudin Məhəmmədliyev


26


-33




Eddi İsrafilov


24


0




Səlahət Ağayev


21


-26




Aleksey İsayev


20


1




Coşqun Diniyev


20


0




Toral Bayramov


19


1




Elvin Cəfərquliyev


17


1




Rahil Məmmədov


16


0




Elvin Camalov


15


0




Filip Ozobiç


13


1




Musa Qurbanlı


10


1




Qismət Alıyev


8


0




Amin Seydiyev


7


0




Ozan Can Kökçü


6


0




Bəxtiyar Həsənalızadə


4


0




Vüsal İsgəndərli


3


0




Ceyhun Nuriyev


1


0




Emil Mustafayev


0


0




Rza Cəfərov


0


0




Orxan Əliyev*


0


0




Rüfət Abdullazadə*


0


0




Murad Xaçayev*


1


0




Rövlan Muradov*


0


0





* - ehtiyat siyahıda yer alan futbolçular.

 

(İdman.biz)

Seçilən
373
3
gundem.az

10Mənbələr