AZ

Azərbaycandakı daun sindromlu şəxslərin sayı açıqlandı

21 mart - Dünya Daun Sindromu Günüdür.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) verilən məlumata görə, hazırda ölkəmizdə 1800-ə yaxın daun sindromlu əlilliyi olan şəxs var.

Bildirilib ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində daun sindromlu əlilliyi olan şəxslər də reabilitasiya xidmətləri ilə təmin edilir.

Bu xidmətlərə sosial-psixoloji reabilitasiya, yoqa, ippoterapiya, dance ability (rəqs terapiyası) və s. daxildir. göstərilir.

Mərkəzlərdə daun sindromlu əlilliyi olan şəxslər stasionar və ambulator xidmətlərlə yanaşı, icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətlərlə təmin olunurlar.

Seçilən
193
50
demokrat.az

10Mənbələr