Kiyev NATO-dan hərbi dəstək və hərbi sənaye əməkdaşlığı gözləyir. Bunu Ukrayna Xarici İşlər Nazirliyinin saytına açıqlamasında Alyansın Hərbi Komitəsinin rəhbəri Rob Bauerlə söhbətindən sonra Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba deyib.
SİA-nın əldə etdiyi məlumata görə, görüşdə Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinin döyüş hazırlığının təmin edilməsi perspektivləri, Ukraynanın müdafiə sənayesi ilə müttəfiqləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
Kuleba Kiyevi öldürücü silahlarla təmin etməyə, həmçinin Ukraynada təlimləri bərpa etməyə və təmir bazalarının yerləşdirilməsinə çağırıb.
...NATO-nun Vaşinqtonda keçiriləcək yay sammitinə hazırlıq ayrıca müzakirə olunub.
Daha əvvəl xəbər verilmişdi ki, Budapeşt 2024-cü il üçün NATO-Ukrayna əməkdaşlıq proqramından öldürücü silahların tədarükünü istisna etməkdə israrlıdır.
Nazlı