AZ

Güclü külək ağacı qopararaq avtomobillərin üzərinə atıb – Sığorta hadisəsi kimi qarşılanacaqmı?VİDEO

İrigövdəli ağac kökündən qoparaq avtomobillərin üzərinə aşıb.

Xezerxeber.az xəbər verir ki, hadisə gecə saatlarında paytaxtın Azadlıq prospektində baş verib.

Məlumata görə, güclü külək səbəbindən ağac kökündən qoparaq yaxınlıqda park edilən ''Prius'' markalı iki avtomobilin üzərinə düşüb. Nəticədə xəsarət alan olmasa da, avtomobillərə zərər dəyib.

Baş vermiş hadisə sürücülərə dəymiş zərərin ödənilməsi məsələsini yenidən aktuallaşdırır. Sığorta məsələləri üzrə ekspert Vüsal Bədəlov deyir ki, icbari sığorta təbii fəlakət zamanı şəxsin əmlakına dəymiş zərəri ödəmir.

Bəs bu cür hadisələrdən sığortalanmaq üçün hansı qabağlayıcı tədbirləri görmək lazımdır?.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli deyir ki, belə havanın bir neçə gün davam edəcəyini nəzərə alıb sürücülər qabağlayıcı tədbirlərini görməlidirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
444
50
xezerxeber.az

10Mənbələr