Gədəbəy rayonunda məktəblinin ölümü ilə nəticələnən yol qəzası baş verib.
“Tehsil.biz"in məlumatına görə, hadisə martın 21-i rayonun Kiçik Qaramurad kəndində baş verib.
Belə ki, “KIA” markalı minik avtomobili yolu keçmək istəyən 2011-ci il təvəllüdlü Elmir Nağıyevi vurub.
7-ci sinif şagirdi aldığı xəsarətlər nəticəsində hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta