Rusiya Prezidenti Vladimir Putinin “Crocus City Hall”da baş vermiş terror aktının nəticələrinə dair keçirəcəyi görüşdə əsas mövzulardan biri zərərçəkənlərə dəstək məsələsi olacaq.
525.az Report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
“Görüş məhz bu məqsədlə çağırılır və əsasən bu mövzu müzakirə olunacaq”, - Kreml nümayəndəsi deyib.
Peskov vurğulayıb ki, Putin hələlik “Crocus City Hall”da faciə baş vermiş yerə getməyi planlaşdırmır.
Bizi Facebookda izləyin
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta