AZ

Şahdağa 54 sm qar yağıb - FAKTİKİ HAVA

Bakı. Trend:

Bu gün saat 11:00-a olan məlumata əsasən, ölkə ərazisindəyağıntılı hava şəraiti davam edib, dağlıq rayonlarda qar yağıb.

Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumatverilib.

Bildirilib ki, qar örtüyünün hündürlüyü Şahdağda 54 sm, Qrızda 3sm olub.

Düşən yağıntının miqdarı Qaxda 20 mm, Şəkidə 19 mm, Qəbələ,Balakəndə 18 mm, Oğuzda 16 mm, Göyçay, Şahdağda 13 mm, Qrız,Xaltan, Şabran, Quba, Qusar, Tovuz, Ordubad, Mingəçevir, Yevlax,Zərdab, Kürdəmir, Şahbuz, Lerik, İsmayıllı, Altıağac, Şəmkir,Ceyrançöl, Naxçıvan, Şamaxı, Ağdam, Ağstafa, Daşkəsən, Gədəbəy,Göygöl, Culfa, Naftalan, Gəncə, Şərur, Sədərək, Qobustan, Tərtər,Bərdə, Beyləqan, İmişli, Sabirabad, Cəfərxan, Yardımlı, Astarada 8mm-dək, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

Həmçinin, şimal-qərb küləyi arabir Daşkəsəndə 28 m/s, Şahdağda20 m/s, Lerikdə 19 m/s, Yardımlıda 18 m/s, Naxçıvan, Gədəbəydə 16m/s, Bakıda və Abşeron yarımadasında 17 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanınhündürlüyü 2.6 metrə çatıb.

Sumqayıt, Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Balakən,Zaqatala, Şəki, Qax, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar,Xaltan, Qrız, Kürdəmir, Cəfərxan, Lerikdə duman müşahidə olunub.Dumanda görünüş 200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7,Naxçıvan MR-da 4, Aran rayonlarında 6, dağlıq rayonlarda 3dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 10 dərəcəyədək şaxtaolub.

Seçilən
278
49
az.trend.az

10Mənbələr