AZ

“Crocus” bankda girovda imiş

Martın 22-də terrorçuların hücumu nəticəsində yanan "Krokus Siti Holl" konsert zalı "Qazprombank"da girovda imiş.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə RBK Daşınmaz Əmlakın Vahid Dövlət Reyestrinə istinadən məlumat yayıb.

"Mejdunarodnaya küçəsində, "Krokus İnternəşnl" şirkətinə məxsus sahəsi 38 min kvadratmetrdən çox olan 20 nömrəli bina 2023-cü il noyabr tarixli ipoteka müqaviləsi ilə ipotekadadır, əmlakın yüklülüyü də 24 dekabr 2032-ci il tarixinədək qüvvədədir", - məlumatda qeyd olunub.

Məsələ ilə bağlı həm "Krokus Qrup", həm də "Qazprombank" RBK-ya açıqlama verməkdən imtina edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
25
4
milli.az

5Mənbələr