Rusiyanın hər hansı NATO ölkəsinə müdaxilə planlaşdırdığına dair heç bir məlumat yoxdur.
Teleqraf.com xəbər verir ki, bunu NATO Hərbi Komitəsinin rəhbəri, admiral Rob Bauer deyib.
"Rusiya Federasiyasının Ukraynadan kənarda ambisiyaları var. Biz bunu bilirik. Ona görə bütövlükdə alyans daha hazırlıqlı olmalıdır. NATO Nizamnaməsinin 5-ci maddəsinin (kollektiv müdafiə haqqında) tətbiqi yalnız müttəfiq ölkəyə birbaşa hücum zamanı mümkündür. Rusiyadan hazırda hücum təhlükəsi yoxdur", - deyə Bauer bildirib.
Müəllif: Əsəd Məmmədəliyev