AZ

Yeni Fələstin hökuməti rəsmən fəaliyyətə başlayıb

Məhəmməd Mustafanın rəhbərliyi ilə yeni Fələstin hökuməti and içərək, rəsmən fəaliyyətə başlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Fələstinin "WAFA" agentliyi xəbər verib.

Məlumata görə, mərasim Fələstin Milli Administrasiyasının (FMA) inzibati mərkəzi olan Ramallahda prezident Mahmud Abbasın iştirakı ilə baş tutub. FMA rəhbəri yeni kabinetin mühüm vəzifələrini Qəzza sakinlərinə humanitar yardım göstərmək, köçkünlərin öz evlərinə qayıtmaq istəyində dəstəkləmək və anklavın tam yenidən qurulması adlandırıb.

Abbas qeyd edib ki, Fələstin Azadlıq Təşkilatı “Fələstin xalqının yeganə qanuni nümayəndəsidir” və yalnız onun siyasi sahədə maraqlarını, o cümlədən İsraillə barışıq əldə etmək məsələlərində müdafiə edə bilər.

Seçilən
173
3
ikisahil.az

7Mənbələr