AZ

Yoxlama aparıldı, direktor işdən çıxarıldı

Martın 5-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələri Ağdaş Dövlət Humanitar Kollecində monitorinq keçirib.

NOCOMMENT.az qaynarinfo-ya istinadən xəbər verir ki, agentlikdən verilən xəbərə görə, monitorinq zamanı müvafiq yoxlamalar aparılıb və sənədlərə baxış keçirilib.

Aşkarlanmış nöqsanlar nəticəsində Agentliyin 1 aprel 2024-cü il tarixli əmri ilə Kollecin direktoru Namiq Mehdiyevlə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, ölkənin orta ixtisas təhsili müəssisələrində monitorinqlər davam etdirilir.

Seçilən
97
45
nocomment.az

10Mənbələr