Bu gün Bakının Binəqədi və Bərdənin qaz təchizatında fasilə yaranacaq.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.
Məlumata görə, "Bərdə" ölçü qovşağından qidalanan Divanlı kənd məktəbinin qaz xətlərinin şəbəkəyə qoşulması, həmçinin Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsində "COP-29" Proqramına əsasən orta təzyiqli qaz xəttinin dayaqlar üzərinə qaldırılması məqsədi ilə aprelin 2-də saat 10:00-dən qaz təchizatının dayandırılması planlaşdırılır.