AZ

Sabah 23 dərəcə isti olacaq

Sabah ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək.

Publika.az xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-74 %, gündüz 45-50 % olacaq.

Seçilən
261
50
publika.az

10Mənbələr