ABŞ Milli Təhlükəsizlik Arxivi 1990-cı illərdə NATO ilə Rusiya arasında əməkdaşlığın qısa dövrünü əhatə edən sənədlərin məxfiliyini ləğv edib.
Publika.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.
Xüsusilə, NATO-nun keçmiş baş katibi Manfred Vernerlə Rusiya Sovet Federativ Sosialist Respublikasınən Ali Sovetinin keçmiş sədri Ruslan Xasbulatovun 1992-ci ildə Moskvada söhbətinin stenoqramı açıqlanıb.
Verner Xasbulatovla söhbətində söz verib ki, NATO Rusiyanın daxili işlərinə, eləcə də digər müstəqil MDB üzvü olan dövlətlərin daxili işlərinə qarışmaq niyyətində deyil.
NATO-nun keçmiş baş katibi, həmçinin alyansın Rusiya dövlətinin firavanlığı və sabitliyində, Moskva ilə əlaqələrin qurulmasında maraqlı olduğunu qeyd edib, çünki bu, Avropanın və bütövlükdə dünyanın maraqlarına cavab verəcəkdir.