AZ

Ukrayna Rusiyanın hərbi aerodromuna hücum edib, altı döyüş təyyarəsi sıradan çıxıb - FOTO

Ukrayna Təhlükəsizlik Xidməti Müdafiə Qüvvələri ilə birlikdə Rusiyanın Rostov vilayətinin Morozovsk rayonundakı aerodroma hücum edib.

Bu barədə Ukrayna mətbuatı xəbər yayıb.

Məlumata görə, hücum nəticəsində Rusiya ordusuna məxsus altı təyyarə sıradan çıxarılıb, səkkizinə əhəmiyyətli ziyan dəyib.

Bildirilib ki, aerodromda Rusiyanın “Su-24”, “Su-24M”, “Su-34” bombardmançıları yerləşdirlib.

Mənbə: Unian

Seçilən
74
3
oxu.az

9Mənbələr