AZ

İranda ardıcıl üç zəlzələ oldu

İranda ardıcıl üç zəlzələ qeydə alınıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu gün Xuzistan əyalətində ardıcıl üç dəfə zəlzələ baş verib.

Məlumata görə, sözügedən əyalətin Məşraqe şəhərində Rixter cədvəli üzrə 4,1, 4,4 və 4,9 bal gücündə zəlzələlər qeydə alınıb.

Tehran Universitetinin Geofizika İnstitutunun Milli Syesmoloji Mərkəzi bildirib ki, zəlzələlər 12:15 radələrində və ardıcıl olaraq 8, 19 və 31 kilometr dərinliklərdə olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
281
50
milli.az

10Mənbələr