Bəs, bunları istifadə etmək nə dərəcədə doğrudur? Bu dərmanları həkim məsləhəti olmadan qəbul etmək gələcəkdə nə kimi problemlər yarada bilər?
Həkimlər bu cür dərmanların boy uzatmadığını deyirlər.
Professor Adil Qeybulla bu preparatların tibbi göstəriş olmadan qəbulundan sonra insan orqanizmində, xüsusilə də hormonlarda ciddi fəsadlar yaranacağını və bədənin qeyri-mütənasib böyüməsinin baş verə biləcəyini diqqətə çatdırıb.
Xatırladaq ki, insan orqanizmində təxminən 17-18 yaşdan etibarən insanların boy uzanma prosesi dayanır. Bundan sonra boyu hər hansısa dərmanlarla deyil, tibbi olaraq yalnız əməliyyatla uzatmaq mümkündür.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: